Xalq artisti Röya Ayxan yaradıcılığı ilə bağlı maraqlı açıqlamalar verib.
Milli.Az-ın məlumatına görə, müğənni bildirib ki, məşhur "Deyin ona" və "Gəl danış" mahnılarının sözləri məhz ona məxsusdur. Röya qeyd edib ki, "Gəl danış" mahnısında Elşad Xose duetdə öz hissəsinin sözlərini yazıb, onun ifa etdiyi hissənin sözləri isə şəxsən özü tərəfindən qələmə alınıb.
Sənətçi repertuarındakı digər diqqətçəkən mahnılara da toxunub. O, "Röya yoxdur, ölüb artıq", "Bax" kimi mahnıların xüsusi yeri olduğunu vurğulayıb və "Bax" mahnısının Xalq artisti Murad Dadaşovun ən sevdiyi ifalardan biri olduğunu açıqlayıb.
Röya Ayxan eyni zamanda şeir yaradıcılığı ilə bağlı planlarından da danışıb. O, yazdığı şeirləri kitab halına salmaq barədə hazırda heç düşünmədiyini bildirib. Müğənninin bu səmimi etirafları sosial şəbəkələrdə və mediada maraqla qarşılanıb.