Medianews.az
Ronaldonun nişanlısı
76 baxış

Ronaldonun nişanlısı dünyanın ən populyar modelləri siyahısında 

Futbol əfsanəsi Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes dünyanın ən nüfuzlu modellərindən biridir. 

Medianews.az-n məlumatına görə, o, “Models.com”un tərtib etdiyi reytinqə daxil edilib.
Veb sayt modellərin müxtəlif sosial media platformalarında (“Instagram” və TikTok) izləyicilərinin sayı barədə məlumatları dərc edib və bu məlumatlardan reytinq tərtib edilib. Corcina hər iki sosial media platformasında ümumilikdə 92,4 milyon izləyici ilə ikinci yeri tutub.

İspaniyalı bu reytinqdə yalnız 291,7 milyon abunəçi auditoriyası ilə inanılmaz fərqlə liderlik edən amerikalı model Kendall Cennerdən sonra ikinci yerdədir.

Qeyd etmək lazımdır ki, Rodriqes Ronaldo ilə 2016-cı ildən bəri münasibətdədir. Cütlük birlikdə iki uşaq böyüdür, eləcə də Kriştianonun surroqat analardan dünyaya gələn üç böyük uşağını böyüdür.

Ötən yay portuqaliyalı nəhayət sevgilisinə evlilik təklifi edib və ona üzərində dəbdəbəli daş olan üzük hədiyyə edib. Cütlüyün toyu 2026-cı ilin yayına və Kriştianonun doğma adası Madeyrada keçirilməsi planlaşdırılır.
 

Bizə qoşulun