Medianews.az
Reytinqləri keçən “İnci Taneleri”
130 baxış

Reytinqləri keçən “İnci Taneleri” yenidən EFİRDƏ

Türkiyənin məşhur sənətçisi Yılmaz Erdoğandan “İnci Taneleri” adlı, sevilən serial yenidən efirə qayıdır.

Lent.az xəbər verir ki, serialın üçüncü mövsümü başlayır. Aylardır maraqla gözlənilən layihə tamaşaçı ilə görüşmək üçün gün sayır.

Yeni mövsümün maraq doğuran detalları çəkiliş meydançasından paylaşılan bir görüntü ilə üzə çıxıb. Yılmaz Erdoğanın canlandırdığı Azem Yücedağ obrazına aid “İtkin axtarılır” elanının paylaşılması üçüncü mövsümdə baş verəcək hadisələrlə bağlı sual işarələrini artırıb və tamaşaçı marağını daha da yüksəldib.

Bizə qoşulun