Medianews.az
"Rəqsanə, Xoşqədəmin ata-anasının yasına gəldinmi?"
85 baxış

"Rəqsanə, Xoşqədəmin ata-anasının yasına gəldinmi?"

 
"Rəqsanə məndən küsür ki, onunla maraqlanmamışam. Bəs ona niyə sual vermirsiniz ki, sən Xoşqədəmin dağ boyda ata-anasının yasına gəldinmi?"
 
Musavat.com xəbər verir ki, bu sözləri teleaprıcı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni Rəqsanə İsmayılovanın ünvanına deyib.
 
Rəqsanənin həbsdən çıxdıqdan sonra verdiyi açıqlamada Xoşqədəm Hidayətqızıdan incidiyini deməsinə o, "Səni axtarıram" verilişində belə cavab verib:
 
"Mən bu məsələyə açıqlama verməmişdim, amma indi verəcəyəm. Rəqsanə məndən küsür ki, onunla maraqlanmamışam. Biz sadəcə efirlərdə görüşmüşük, münasibətimiz normal olub. O, atasını axtaranda mənim efirimə çıxmışdı. Bəs ona niyə sual vermirsiniz ki, sən Xoşqədəmin dağ boyda ata-anasının yasına gəldinmi? Apreldə anamı, iyunda atamı itirmişəm. Özün gələ bilmirdin, burada sənin qızın var, qohumların var axı... Onlar gələ bilərdi. Amma indi məndən nəsə umursan".
 
Teleaparıcı qeyd edib ki, Rəqsanəyə kömək əlini uzadıb: 
 
"Buna baxmayaraq, mən onun işlədiyi insanlara zəng edib, nə kömək lazımdırsa, edə biləcəyimi demişdim. Vəkili var idi, hər şey qanuna uyğun gedirdi. Bu məsələdə mən onun yaxınları ilə maraqlanmışdım. Ağır günlər hamının qapısını döyəcək. Ona görə həmin anlarda bir-birinizin yanında olmağa çalışın. O insanı sevməsəniz belə, pis günündə gedin ona sarılın".
 

Bizə qoşulun