Yanvarın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olacaq.
Oxu.Az "HaberGlobal"a istinadən xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan Rusiya və Ukrayna danışıqları ilə bağlı məsələyə münasibət bildirib.
"Putin, Zelenski və Avropa ölkələrinin liderləri ilə danışıqlarım davam edir. Trampla da bazar ertəsi günü, təxminən saat dörd radələrində telefon danışığımız olacaq və bu mövzularda danışmaq fürsəti qazanacağıq", - o bəyan edib.