Medianews.az
Qrenlandiyaya yox, buna baxmalıyıq -
76 baxış

Qrenlandiyaya yox, buna baxmalıyıq - Kallas

ABŞ Qrenlandiya ilə bağlı məsələləri NATO daxilində həll etməli və Ukrayna böhranı mövzusundan yayınmamalıdır.

Medianews.az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsində yazıb.

“Mübahisəmizin bizi əsas vəzifəmizdən - Ukraynadakı müharibəyə son qoymağa kömək etməkdən yayındırmasına icazə verə bilmərik. Əgər Qrenlandiya təhlükə altındadırsa, biz bunu NATO daxilində həll etməliyik”, - deyə Kallas bildirib.

Kallasın fikrincə, ABŞ Prezidenti Donald Trampın Avropanın səkkiz ölkəsindən idxal olunan mallara rüsumların tətbiqi ilə bağlı bəyanatı Rusiyanın və Çinin maraqlarına xidmət edir:

“Tariflər Avropa və ABŞ-ın ortaq rifahına zərbə vura bilər”.

Bizə qoşulun