Medianews.az
Qolundakı saatın 1,6 milyon qiyməti var
84 baxış

Qolundakı saatın 1,6 milyon qiyməti var

Lüks xərcləri ilə tez-tez xəbər başlıqlarına çıxan aktrisa Hande Erçel siyahıya daha birini əlavə edib.

Sənətçinin Yeni il gecəsində paylaşdığı fotolardakı qızılı rəngli geyimi günlərlə müzakirə edilib. Həmin geyimin ən diqqət çəkən hissəsi biləyindəki saat olub.

Günlər sonra həmin saatın qiyməti açıqlanıb. Məlum olub ki, Erçel həmin saata kifayət qədər çox pul xərcləyib. Handenin "Cartier" brendinə məxsus saatı 1 milyon 600 min lirəyə, yəni 63 min manatdan bahadır. (axşam.az)

Bizə qoşulun