Medianews.az
Qızılı satıb ona qaçdılar - yeni sərmayə növü
131 baxış

Qızılı satıb ona qaçdılar - yeni sərmayə növü

Qızıl qiymətlərindəki rekord artımlardan sonra investorlar mənfəətlərini reallaşdırmaq üçün hərəkətə keçiblər. Əlindəki qızılı nağd pula çevirən vətəndaşlar kütləvi şəkildə avtomobil dilerlərinə üz tutublar. Satışların kəskin artması ilə bəzi modellər bazarda tapılmır.

Milli.Az xəbər verir ki, qızılın qiymətinin zirvə hədlərinə çatmasını fürsət bilən bir çox vətəndaş, illərdir yığdıqları qızılları sataraq daşınmaz əmlak və ya nəqliyyat vasitəsi almağa üstünlük verir. Xüsusilə son dövrlərdə ikinci əl avtomobil bazarında və yeni model Çin avtomobillərinə olan tələbatda böyük artım müşahidə olunur.

İnvestorlar niyə qızıldan çıxıb avtomobilə yönəlir?

Mənfəət realizasiyası: Qızılın yetərincə yüksəldiyini düşünən investorlar qazandıqları pulu fiziki bir aktivə çevirmək istəyirlər.

Avtomobilin ehtiyac və yatırım funksiyası: Avtomobil həm gündəlik ehtiyacdır, həm də inflyasiya şəraitində dəyərini qoruyan bir vasitə kimi görülür.

Kampaniyalar: Dilerlərin təklif etdiyi endirimlər və əlverişli kredit şərtləri qızılını satanlar üçün əlavə stimul yaradır.

Dilerlərdən alınan məlumata görə, qızılını satıb gələn müştərilərin sayı son bir ayda ikiqat artıb. Xüsusilə orta seqmentə aid olan və qiymət-performans balansı ilə seçilən avtomobillər dilerə daxil olduğu gün satılır.

Təkcə yeni maşınlar deyil, ikinci əl bazarında da ciddi canlanma var. Vətəndaşlar əllərindəki nağd pulla dərhal alış-veriş etdikləri üçün bazarda dövriyyə sürətlənib. 

Bizə qoşulun