Medianews.az
 “Qız məsələsi” faciəsi:
287 baxış

“Qız məsələsi” faciəsi: 19 yaşlı gənc öldürüldü

Türkiyədə iki gənc arasında “qız məsələsi” səbəbi ilə yaranan mübahisə qətllə nəticələnib.

Medianews.az “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə Kocaelinin Gebze rayonunda baş verib.

18 yaşlı Yiğit T. yanacaqdoldurma məntəqəsinin marketində çalışan 19 yaşlı Toprak Yiğitdoğanı tapança ilə vurub. Ağır yaralanan gənc xəstəxanada ölüb.

Hadisə məntəqənin içində baş verib. Məlumata görə, tərəflər qısa mübahisədən sonra Yiğit T. müştərinin çıxmasını gözləyib və silahı ilə atəş açıb.

Polis hadisəni törədən Yiğit T. ilə birlikdə A.M. və Ş.S. adlı şübhəliləri saxlayıb. Məhkəmə qərarı ilə Ş.S.-yə ölkədən çıxış qadağası qoyularaq sərbəst buraxılıb, Yiğit T. və A.M. isə həbs edilib.

Medianews.az

 

Bizə qoşulun