“Sağlam oynaqlar üçün pəhrizinizə toyuq və giləmeyvə daxil edin”.
Medianews.az xəbər verir ki, bunu diyetoloq Lyudmila Denisenko deyib.
Oynaqların sağlam olması üçün həkim pəhrizə toyuq, hinduşka əti və mintay, sudak, qorbuşa balığı daxil etməyi tövsiyə edib.
Denisenkonun sözlərinə görə, bu qidaların tərkibində amin turşularının sintezi və toxumaların bərpası üçün vacib olan zülal, həmçinin birləşdirici toxumanın saxlanması üçün vacib olan sink var.
Həkim əlavə edib ki, C vitamini də oynaqlar üçün çox vacibdir, çünki o, kollagen istehsal etməyə kömək edir, oynaqları gücləndirir və iltihabı azaldır. Denisenko izah edib ki, onu giləmeyvə və meyvələrdən: qara qarağat, alma, çaytikanı, çiyələk, qaragilə və albalıdan, qışda isə kələmdən, qırmızı bibərdən, itburnudan almaq olar.
Bundan əlavə, mukopolisakkaridlər - qığırdaq toxumasında olan maddələr - oynaqların sağlamlığı üçün faydalıdır. Mütəxəssis, onları dəniz məhsulları, qızılbalıq, zəngin balıq şorbası, kələm və tərkibində jelatin olan yeməklərdən əldə etmək olar.
Medianews.az