Medianews.az
Qazaxıstanda kütləvi zəhərlənmə:
83 baxış

Qazaxıstanda kütləvi zəhərlənmə: 86 nəfər xəstəxanaya yerləşdirildi

Qazaxıstanda kafedə kütləvi zəhərlənmə olub və 86 nəfər xəstəxanaya yerləşdirilib.

Medianews.az xəbər verir ki, hadisə Kostanay vilayətinin Arkalıq şəhərində, “Zhaina” kafesində baş verib.

Bu barədə jurnalistlərə rayon sanitar-epidemioloji nəzarət idarəsinin rəis müavini Qulim Dostumova məlumat verib.

Onun sözlərinə görə, kafenin işçiləri müayinə olunub və iki nəfərdə xəstələrdə aşkar edilən patogenlə eyni olan Salmonella Enteritidis aşkar edilib. Dostumova qeyd edib ki, kafe işçiləri ehtimal olunan infeksiya mənbəyidir. Onlar xəstə olmayıblar və tibbi yardıma müraciət etməyiblər.

Hadisədən sonra “Zhaina” kafesi bağlanıb, işçiləri işdən çıxarılıb.

Məlumata görə, zəhərlənənlərdən bəziləri ziyafətdə iştirak etməsələr də, onlar bayramdan sonra qonaqlara verilən ənənəvi qazax yeməyi olan sarkit yeyiblər.

Hüquq-mühafizə orqanları cinayət işi açıb. 

Medianews.az

Bizə qoşulun