Antalya şəhərinin Alanya rayonunda yaşayan və boşanma prosesində olan rus cütlük arasında mübahisə qanlı insidentlə nəticələnib.
Medianews.az xəbər verir ki, Rusiya vətəndaşı olan M.G., əri A.G.-ni bıçaqlayıb.
Hadisə Mahmutlar məhəlləsindəki mənzil kompleksinin qarşısında baş verib. Ər-arvad arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. İddiaya görə, M.G. həyat yoldaşını bıçaqla bədəninin müxtəlif nahiyələrindən yaralayıb.
Yaralı A.G.-yə hadisə yerinə çağırılan tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər.
Hadisədən sonra jandarma əməkdaşları M.G.-ni cinayət silahı ilə birlikdə saxlayıblar. Qadın ifadəsi alınmaq üçün bölməyə aparılıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Medianews.az

