Medianews.az
"Düşünürdüm ki, məni izləyir" -
111 baxış

"Düşünürdüm ki, məni izləyir" - Tanımadığı şəxsi qəfil öldürdü

Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib.

Medianews.az xəbər verir ki, parkda içki içən Sedat Demirören, küçədə gəzən Əli Haydar Özyıldırımı bıçaqlayaraq öldürüb.

Təhlükəsizlik kameraları şübhəlinin əlindəki qanı park otlara silərək qaçdığını lentə alıb.

Hadisə 1 noyabr tarixində, saat 12:30 radələrində Ulus məhəlləsindəki Fatih Sultan Mehmet parkında baş verib. Park skamyasında içki içən Demirören küçədən keçən Əli Haydar Özyıldırımı sinəsindən bıçaqlayıb. Ətrafdakıların xəbərdarlığı ilə hadisə yerinə polis və təcili yardım gəlib. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan Özyıldırım bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Antalya polisi geniş əməliyyat keçirərək Demiröreni qısa zamanda həbs edib.

İlkin istintaq zamanı Demirören ifadəsində belə deyib: “Keçmiş həyat yoldaşımın məni izlətdirdiyini düşünürdüm. Bu şəxsi görəndə məni izləyənin o olduğuna inandım. Aramızda mübahisə düşdü, əlini belinə apardı və mən özümü qorumağa çalışdım”.

Məlumata görə, Demirören qətldən sonra başqa insanlara da bıçaqla hücum etməyə cəhd edib. Polis onu Konyaaltı rayonunun Arapsuyu məhəlləsində ələ keçirib.

Hadisə ilə bağlı istintaq davam edir.

Medianews.az

Sedat Demirören

Yolda yürüyen kişiyi bıçaklayarak öldürdü! Elindeki kanı çimlere sildi

Yolda yürüyen kişiyi bıçaklayarak öldürdü! Elindeki kanı çimlere sildi

Yolda yürüyen kişiyi bıçaklayarak öldürdü! Elindeki kanı çimlere sildi

Yolda yürüyen kişiyi bıçaklayarak öldürdü! Elindeki kanı çimlere sildi

Bizə qoşulun