İspaniya La Liqasında keçirilən "Real Madrid" – "Valensiya" qarşılaşması Madrid təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Medianews.az xəbər verir ki, oyun həm Kylian Mbappe, həm də gənc türk futbolçu Arda Gülər üçün xüsusi əhəmiyyət daşıyıb.
Matçtın start heyətində yer alan Arda Gülər həm göz oxşayan oyunu, həm də komanda yoldaşı Kylian Mbappəyə etdiyi məhsuldar ötürmə ilə diqqət çəkib. Bu, Gülərin cari mövsümdəki 6-cı qol asisti olub.
Qarşılaşmada "Real Madrid"in qollarını Mbappe (19 və 31-ci dəq.), Bellingham (44-cü dəq.) və Carreras (82-ci dəq.) vurublar. Ardanın Mbappeyə etdiyi ötürmə sosial mediada da geniş rezonans doğurub.
Bu görüş Arda Gülərin "Real Madrid" forması ilə 75-ci oyunu kimi tarixə düşüb. Gənc futbolçunun müqaviləsindəki bonus maddəsinə əsasən, hər 25 rəsmi oyuna görə "Fənərbaxça"ya əlavə 2 milyon avro ödənilir. Beləliklə, bu bonus artıq üçüncü dəfə aktivləşib.
Beləliklə, Arda Gülərin "Real Madrid"ə transferindən sonra İstanbul klubunun qazancı ümumilikdə 26 milyon avroya çatıb.
Madrid mətbuatı gənc türk futbolçunun performansını yüksək qiymətləndirib və onu “dünyanın ən perspektivli oyunçularından biri” kimi təqdim edib.
Medianews.az