Medianews.az
Qaraciyər transplantasiyası keçirən Ufuk Özkanın son görüntüsü yayıldı — FOTO
172 baxış

Qaraciyər transplantasiyası keçirən Ufuk Özkanın son görüntüsü yayıldı — FOTO

Türkiyəli aktyor Ufuk Özkanın qaraciyər transplantasiyası əməliyyatından sonrakı görüntüsü sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bir müddət əvvəl qaraciyər sirrozu diaqnozu qoyulan və uğurlu əməliyyat keçirən aktyorun səhhətinin xeyli yaxşılaşdığı bildirilir. Müalicə prosesindən sonra sürətlə bərpa olunan Özkanın ailəsi ilə birlikdə çəkilmiş son fotosu paylaşılıb.

Yayılan görüntüdə aktyorun sağlam, enerjili və yüksək əhval-ruhiyyədə olduğu diqqət çəkir. Onun çətin müalicə dövrünü geridə qoyması pərəstişkarları tərəfindən sevinclə qarşılanıb.

Məlumata görə, Ufuk Özkanın yaxın vaxtlarda yenidən televiziya və digər yaradıcılıq layihələrinə qayıtması gözlənilir.

Qeyd edək ki, aktyor daha çox Geniş Aile serialında canlandırdığı Cevahir obrazı ilə tanınır.Demokrat.az

Bizə qoşulun