Qaraciyər fibrozunun geri dönməsi mümkündürmü?
Medianews.az bildirir ki, mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Oktay Hüseynov bildirib ki, düzgün yanaşma ilə qaraciyər
fibrozunun geri dönməsi mümkündür.
Onun sözlərinə görə,praktikasında belə hala rast gəlib.
Pasiyent artıq çəkili idi və 10 ilə yaxındır şəkərli diabet diaqnozu ilə yaşayırdı. Müayinələr zamanı:
▪️ ALT və AST yüksək
▪️ USM-də ifadəli yağlı qaraciyər
▪️ HbA1c yüksək, diabet dekompensasiya vəziyyətində
Şübhəli USM görüntüsünə görə əlavə olaraq FibroScan (elastometriya) aparıldı və nəticə:
9.9 kPa — METAVIR F3 (əhəmiyyətli fibroz)
Açığı, vəziyyət ciddi idi. Amma pasiyent vəziyyətin ağırlığını dərk etdi və müalicəyə motivasiya ilə yanaşdı.
Müalicədə əsas prinsiplər:
Qlikemiyanın kompensasiyası
Arterial təzyiqin nəzarəti
Qaraciyər üçün minimal hepatotoksik yanaşma
Çəki azaldılması və həyat tərzi dəyişikliyi
Müasir yanaşma olaraq liraglutid əlavə olundu
Son illərin tədqiqatları göstərir ki, GLP-1 analoqları, xüsusilə liraglutid:
qaraciyər piylənməsini azaldır
iltihabı zəiflədir
fibrozun proqressiyasını ləngidir
çəki və qlikemiyaya müsbət təsir göstərir
Yəni fibroz göstəricilərində aydın geriləmə müşahidə olundu. Bu nəticə düzgün istiqamətdə olduğumuzu bir daha göstərdi.
Bu hadisə bizə nəyi xatırladır?
Yağlı qaraciyər və fibroz geri dönə bilən proses ola bilər
Diabetin kompensasiyası qaraciyər üçün həyati əhəmiyyət daşıyır
Çəki azaldılması müalicənin əsas sütunlarından biridir
Müasir inkretin əsaslı terapiya yalnız şəkəri deyil, metabolik sağlamlığı bütövlükdə yaxşılaşdırır
Ən vacibi isə — pasiyentin motivasiyası və həkimlə əməkdaşlığıdır.
Düzgün yanaşma ilə bəzən “ağır” görünən vəziyyətlər belə yaxşı istiqamətə dəyişə bilir.