İran hakimiyyəti Hörmüz boğazından keçən gəmilər üçün yeni keçid sisteminin tətbiq olunduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, bundan sonra boğazdan keçmək istəyən gəmilər əvvəlcə İran tərəfini məlumatlandırmalı, daha sonra isə hərəkət qaydalarını əks etdirən elektron bildiriş almalıdır.
Bu qaydaları qəbul edən gəmilərə Hörmüz boğazından keçid üçün tranzit icazəsi veriləcək.
Qeyd olunur ki, bu icazələr xüsusi olaraq yaradılmış yeni qurum tərəfindən təqdim ediləcək./Bakupost.az