Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Aşqabadda keçirdiyi görüşün detalları ictimaiyyətə açıqlanıb.
Medianews.az-ın xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi görüşlə bağlı məlumat yayıb.
Bildirilib ki, tərəflər Türkiyə–Rusiya münasibətlərinin mövcud vəziyyətini, Rusiya–Ukrayna müharibəsində sülhə nail olmaq istiqamətində atılan addımları, həmçinin Avropa İttifaqının Rusiyaya məxsus aktivləri dondurması məsələsini müzakirə ediblər.
Görüş zamanı Prezident Ərdoğan müharibənin ədalətli və uzunmüddətli sülh yolu ilə başa çatmasının vacibliyini vurğulayıb. O, enerji infrastrukturu və limanları əhatə edən məhdud atəşkəs təşəbbüsünün müsbət nəticələr verə biləcəyini qeyd edib.
Eyni zamanda Türkiyənin sülh prosesini diqqətlə izlədiyi və danışıqlar üçün istənilən formatda vasitəçi və ya ev sahibi olmağa hazır olduğu bildirilib.
Danışıqlarda Fələstin və Suriyada baş verən son proseslər, eləcə də Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı məsələlər də müzakirə mövzusu olub.
Medianews.az