Medianews.az
Problemli adam başqasını tez qocaldır -
101 baxış

Problemli adam başqasını tez qocaldır - ARAŞDIRMA

Yeni araşdırmaya görə, insanların təxminən 30 faizinin ətrafında ən azı bir “problem yaradan” insan var və bu şəxslər stress vasitəsilə bioloji yaşlanmanı sürətləndirə bilər.

Medianews.az xəbər verir ki, bununla bağlı ABŞ-nin Milli Elmlər Akademiyasının Bülletenində (PNAS) məqalə dərc olunub.

Tədqiqatda həyatı çətinləşdirən insanlarla sosial qarşılıqlı əlaqələrin sağlamlıq və yaşlanma üzərindəki təsirləri araşdırılıb.

Araşdırmaya 2 mindən çox iştirakçı qatılıb. Son 6 ayda sosial əlaqələri və tüpürcək nümunələri vasitəsilə DNA dəyişiklikləri izlənib. Nəticələr göstərib ki, hər yeni problem yaradan insan üçün yaşlanma sürəti 1,5 faiz artır.

Tədqiqatın baş müəllifi, Nyu-York Universitetində sosialogiya üzrə dosenti Byonkyu Li bildirib ki, belə münasibətlər xroniki stres faktorları kimi çıxış edir və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər.

Medianews.az

Bizə qoşulun