Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevi vəzifəsindən azad edib.
Medianews.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yanvarın 16-da sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib.
Əfqan Cəlilov buna qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini, "Azərpoçt" MMC-nin sədri vəzifələrində işləyib.