Medianews.az
Polis motosikleti təhlükəli idarə edən
86 baxış

Polis motosikleti təhlükəli idarə edən sürücünü saxlayıb

Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-dən Medianews.az-a bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.

Bizə qoşulun