Medianews.az
Piylənmə görməni zəiflədər:
130 baxış

Piylənmə görməni zəiflədər: Həkimlərdən ciddi xəbərdarlıq

Piylənmə yalnız ümumi sağlamlığa deyil, görmə qabiliyyətinə də ciddi zərər vurur.

Medianews.az xəbər verir ki, bunu Türk Oftalmologiya Cəmiyyətinin Nörooftalmologiya şöbəsinin rəhbəri, prof. Dr. Feyza Öndər deyib.

Onun sözlərinə görə, artıq çəki kəllədaxili təzyiqi artıraraq görmə sinirinə təzyiq yaradır. Bu da görmə itkisinə gətirib çıxara bilər.

Həkim xüsusilə gənc qadınlarda və qısa müddətdə sürətli çəki artımı yaşayanlarda riskin daha yüksək olduğunu vurğulayıb. Artmış təzyiq baş ağrısı, müvəqqəti görmə itkiləri və görmə sahəsində daralma ilə özünü göstərə bilər.

Həkimlər öncə göz dibində ödem olub-olmadığını yoxlayır. Ödem təsdiqlənərsə, ilk və əsas müalicə çəkinin azaldılmasıdır. Təzyiqi azaltmaq üçün dərmanlar mövcud olsa da, onların uzunmüddətli istifadəsi məsləhət görülmür. Görmə itkisi sürətləndikdə isə cərrahi müdaxilə tələb oluna bilər.

Mütəxəssis əlavə edib ki, 20–40 yaş arası qadınlarda bu problem daha geniş yayılıb. Həmçinin anemiya və bəzi qulaq iltihabları da kəllədaxili təzyiqi yüksəldərək oxşar fəsadlara yol aça bilər.

Medianews.az

Bizə qoşulun