İran hakimiyyəti ölkədə baş verən etirazları etiraf edib və nümayişçilərlə dialoqa başlayıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb.
“Hökumət etirazları qəbul edib və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb. Prezident isə onlarla birbaşa görüşüb” deyə nazir qeyd edib./AZƏRTAC