Medianews.az
Pezeşkian əhaliyə
70 baxış

Pezeşkian əhaliyə - Çağırış etdi

İran Prezidenti Məsud Pezeşkian ölkədə enerji istehlakının azaldılması üçün əhaliyə çağırış edib.

Medianews.az “Qafqazinfo”-a istinadla xəbər verir ki, Pezeşkian bunu Tehran şəhərində İdman və Gənclər Nazirliyinə səfəri zamanı jurnalistlərə açıqlamasında səsləndirib.

“Cəbhə xəttində olan əziz xalqımızdan sadə xahişimiz var: elektrik istehlakını azaldın. Evdə on lampanı yandırmaq əvəzinə, ikisini yandırın. Bunun nə problemi var?”, – deyə o bildirib.

Prezident həmçinin ABŞ-ni İrana qarşı təzyiq və “mühasirə” siyasəti aparmaqda ittiham edib.

Onun sözlərinə görə, bu cəhdlər ölkə daxilində narazılıq yaratmağa yönəlib və əhali buna imkan verməməlidir.

Müraciət ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının İslam Respublikasının iqtisadi dəhlizlərinə və enerji sisteminə təzyiq göstərdiyi bir vaxtda gündəmə gəlib.

Bizə qoşulun