Medianews.az
Pensiyaya görə 3 il anasının
72 baxış

Pensiyaya görə 3 il anasının meyitini gizlətdi

Kişi 3 il anasının meyitini öz zirzəmisində gizlədərək pensiyasını alıb.

Medianews.az xəbər verir ki, hadisə İtaliyada baş verib.

2025-ci ildə qadının şəxsiyyətini təsdiqləmək üçün qeydiyyat şöbəsinə gəlməsi tələb olunub. Dövlətdən pul almağa davam etmək istəyən oğlu özünü onun kimi göstərmək qərarına gəlib. Bunun üçün o, parik, mərhum qadının paltarı və sırğalar, eləcə də makiyaj və dırnaq boyasından istifadə edib.

Bunu görən qeydiyyat şöbəsi əməkdaşları şübhələniblər. Üzünü örtən kişi getdikdən sonra polislə əlaqə saxlayıblar. Onlar müşahidə kameralarına baxış keçiriblər və “qadın”ın sürücülük vəsiqəsi olmamasına baxmayaraq, avtomobillə qeydiyyat şöbəsinə gəldiyini müşahidə ediblər.

İtalyan qadının qeydiyyat şöbəsinə gəlməsini tələb edən başqa bir çağırış gəlib.

57 yaşlı kişi eyni geyimdə polisə müraciət edib. Tez ifşa olunub. Daha sonra polis onun evində axtarış aparıb və orada qadının mumiyalanmış qalıqları aşkar edilib. Yarılmanın nəticələrinə görə, qadın 2022-ci ildə təbii səbəblərdən dünyasını dəyişib.

İstintaq davam edir.

Medianews.az

Bizə qoşulun