Medianews.az
Pəncərədən düşüb ölən qızın son paylaşımı
460 baxış

Pəncərədən düşüb ölən qızın son paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO

Türkiyədə tələbə yataqxanasında 20 yaşlı Mizgin Ertekin şübhəli şəkildə 4-cü mərtəbədən düşərək həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə 22 noyabr tarixdində Ankaranın Polatlı rayonunda yerləşən qız tələbə yataqxanasında baş verib.

Hadisə ilə bağlı ilkin məlumatlara görə, Ertekin son vaxtlar psixoloji çətinliklər yaşayırmış. Olay anında otaq yoldaşı ilə danışdığı, qızın pəncərəyə yaxınlaşmasından sonra isə özünü aşağı atdığı iddia olunur.

Gənc qızın ölümündən bir gün əvvəl sosial şəbəkədə paylaşdığı sözlər diqqət çəkib:

“Uğruna mübarizə aparılacaq bir qadın deyilmişəm. Mənə çiçək də alınmaz, bir çiçək qoyular məzarımın üstünə, o da mənə qoxmaz.”

Hadisə ilə bağlı araşdırma davam edir.

Medianews.az

 

Bizə qoşulun