Medianews.az
Pələng 14 yaşlı qızı
54 baxış

Pələng 14 yaşlı qızı parçaladı

Hindistanda pələng 14 yaşlı qızı parçalayıb.

Medianews.az xəbər verir ki, hadisə Uttar Pradeş ştatdakı pələng qoruğu yaxınlığında baş verib.

İlkin məlumatlara görə, yırtıcı 14 yaşlı Quddi Çauhari şəkər qamışı tarlasında işləyərkən ona hücum edib. Çauhari evdən bacısı ilə çıxsa da, lakin bacısı tək qayıdıb.

Yerli sakinlər itkin düşmüş məktəbli qızı bütün gecə axtarıblar. Onun qalıqları yalnız həmin səhər meşədə tapılıb. Bütün əlamətlər Çaukharinin vəhşi bir heyvan tərəfindən parçalandığını göstərib.

Meşə gözətçisi Sunil Rao hücumun pələng və ya bəbir tərəfindən törədildiyini bildirib. O, sakinləri meşə ərazisindən uzaq durmağa çağırıb. Polis və meşə mühafizəçiləri ərazidə patrul xidmətini artırıblar.

Medianews.az

Bizə qoşulun