"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlanılıb.
Medianews.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Layihə çərçivəsində "Çinarlı" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər "Bakı Metropoliteni" QSC-nin xidməti ərazisinin altından keçməklə layihələndirilib.
Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr, hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli iki hərəkət zolaqlı olmaqla inşa ediləcək. Burada hər bir istiqamət üzrə xidməti baxış və piyadalar üçün piyada səkilərinin inşası da nəzərdə tutulub.