Paytaxtın bir sıra ərazilərində qəzalı vəziyyətdə olan və istismar müddətini başa vuran binaların və fərdi yaşayış evlərinin ünvanları məlum olub. Onlar həm şəhərsalma, həm də insanların təhlükəsizliyi baxımından bir sıra risklər yaradır. Yenidənqurma işləri aparılacaq həmin ərazilər Səbail, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nizami, Sabuncu, Nəsimi, Suraxanı və Pirallahı da rayonlarını əhatə edir. Burdakı bir çox tikililərdə uzun illərdir yaşayış olsa da, nəinki sakinlərə hətta yoldan keçənlərə də maneə yaradır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə, sürüşmə zonalarında neftlə çirklənmiş ərazilərdə yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə tikilən evlərin söküntüsü planlaşdırılır.
Bəs kompensasiya ödənişi necə həyata keçiriləcək?
Vüqar Orucun sözlərinə görə, əgər həmin ərazilərdə yeni binalar inşa olunacaqsa, vətəndaşlara ilk növbədə yeni binada mənzil təklif olunur. Həmin mənzili əgər vətəndaş qəbul edirsə, tikinti müddəti ərzində kirayə evin ödənişi kompensasiya edilir.
Ekspertlər qeyd ediblər ki, paytaxtda sökülməli olan binaların sayı kifayət qədərdir. Mərhələli şəkildə həmin ərazilərdə yenidənqurma işləri aparılması mümkündür. Toplam 16 minə yaxın istismar müddəti bitmiş binalar var. Onların çoxu sovet höküməti dövründə inşa olunub.
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilə inkişafına dair Baş Planına uyğun olaraq paytaxtın yenidən planlaşması həyata keçirilir./Milli.az/