Medianews.az
Öldürülən İran generallarının
73 baxış

Öldürülən İran generallarının SİYAHISI YAYILDI

İranın müxalifət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə yüksək rütbəli hərbçisi və komandirinin öldürüldüyünü açıqlayıb.

Medianews.az əbər verir ki, siyahıya İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, SEPAH komandanı Məhəmməd Pakpur, komandanın müavini Əhməd Vahidi, SEPAH Kosmik Qüvvələrinin komandiri Məcid Musəvi, Ordunun baş komandanı Əmir Xatəmi, Müdafiə naziri Əziz Nəsirzadə və Ali Müdafiə Şurasının katibi Əli Şamxani daxildir.

Məlumata görə, bəzi ölənlər beynəlxalq xəbər agentlikləri tərəfindən artıq təsdiqlənib, digərləri ilə bağlı xəbərlər isə yaxın saatlarda açıqlanacaq.

Eyni zamanda, İranın Buşehr Atom Elektrik Stansiyası yaxınlığındakı Buşehr şəhərinə raket zərbəsi endirildiyi bildirilib.

Bizə qoşulun