Ötən gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisində "SOCAR Petroleum" QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla müşayiət olunan yanğın hadisəsinin baş verib.
Qeyd olunub ki, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.
Yanğın hadisəsi ilə bağlı dərhal FHN-ə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.
Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan Şəmil Zabit oğlu həyatını itirib.
Mərhumun fotosunu təqdim edirik:

Sfera.az