Medianews.az
Orban: O məbləğlə 40 il pensiya
83 baxış

Orban: O məbləğlə 40 il pensiya ödəmək olar

Macarıstan Ukraynanın Avropa Birliyindən tələb etdiyi 800 milyard dollara 40 il ərzində vətəndaşlarının pensiyalarını ödəyə bilər”.

Medianews.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb.  

Onun sözlərinə görə, Kiyevin tələb etdiyi məbləğlə ölkəsi nəinki 40 il pensiya ödəyə, həm də 60 il ərzində macar ailələrinin saxlanması xərclərini ödəyə bilər.

Orban vurğulayıb ki, "Bu, dəhşətli məbləğdir. Çoxsaylı sıfırlarla bitən rəqəmlərə öyrəşməmiş hər kəs Ukraynanın xərclərini ödəmək üçün Avropadan axacaq nəhəng məbləği həqiqətən də başa düşə bilməz".

Medianews.az

Bizə qoşulun