İnsanın həyatının son mərhələsinə yaxınlaşdığını göstərən bir sıra əlamətlər mövcuddur. Bu əlamətlər hər kəsdə eyni vaxtda və eyni formada görünməsə də, ümumi göstəricilər kimi qəbul edilir.
Milli.Az xəbər verir ki, mütəxəssis bildirir ki, ölümə yaxın dövrdə yemək və su qəbulunun azalması, fiziki zəiflik, yuxu müddətinin artması və nəfəsalma rejimində dəyişikliklər tez-tez müşahidə olunur. Bəzi hallarda insan çaşqınlıq yaşayır, uzağa baxır, vəfat etmiş yaxınlarından danışır və ya onları gördüyünü deyir.
Tibb bacısının müəyyən etdiyi ölüm əlamətləri bunlardır:
- Yemək və su qəbulunun azalması;
- Fəaliyyət qabiliyyətinin zəifləməsi;
- Yuxu müddətinin artması;
- Ağrının azalması;
- Ara-sıra çaşqınlıq və ya oriyentasiyanın pozulması;
- Ölmüş yaxınlardan danışmaq və ya onları görmək;
- Nəfəsalma rejimində dəyişiklik;
- Dəri rənginin dəyişməsi;
- Həddindən artıq hərarət (qızdırma);
- Soyuq baxışlar və göz yaşarması;
- Uzağa baxmaq;
- Həyəcan və narahatlıq kimi hislər.