Medianews.az
Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub:
63 baxış

Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var

Novxanı-Pirşağı yolunun Abşeron rayonu, Novxanı kəndi istiqamətindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Medianews.az oxu24.com - a istinadla xəbər verir ki, BYD markalı minik avtomobili ilə motosiklet toqquşub.

 

Qəza nəticəsində motosikletdə olan şəxslərdən biri hadisə yerində həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Bizə qoşulun