Medianews.az
Şəhid polis Əli Vəliyevin oğlu:
86 baxış

Şəhid polis Əli Vəliyevin oğlu: Doğma şəhərimiz Ağdama qayıtmışıq, çox sevincliyəm

“Ağdamdan məcburi köçkün düşəndə üçüncü sinifdə oxuyurdum, indi isə Ağdama üçüncü sinifdə oxuyan övladımla geri qayıtmışam”.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında bu gün Ağdam şəhərinə köçən keçmiş məcburi köçkün, şəhid polis Əli Vəliyevin oğlu İlkin Vəliyev deyib.

“Şəhərdən məcburi köçkün düşəndən sonra ailəmizlə birlikdə ölkənin müxtəlif yerlərində yaşamışıq. Bu gün isə doğma şəhərimizə qayıtmışıq. Çox sevincliyəm, çox xoşbəxtəm. Bu hissləri yaşamayan bilməz, sözlə ifadə etmək çətindir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də öz növbəmdə doğma şəhərimdə yaşayıb, onun inkişafına xidmət göstərəcəm”.

Bizə qoşulun