Xalq şairi Nəriman Həsənzadənin vəziyyətində irəliləyiş var.
Bu barədə Musavat.com-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə, N. Həsənzadə palataya köçürülüb:
“Bu gün səhər palataya köçürülüb. Nəfəs alması düzəlib. Həkimlər səhhətində irəliləyişin olduğunu deyir", -deyə A. Mehmandost bildirib.
Qeyd edək ki, şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. Xalq şairi hazırda Mərkəzi Klinik xəstəxanada müalicə alır. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.