Medianews.az
Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı
396 baxış

Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb.

Bu barədə Oxu.Az-a Xalq şairinin köməkçisi Arif Mehmandost açıqlama verib.

Onun sözlərinə görə, N.Həsənzadə müalicəsini ev şəraitində davam etdirəcək:

"Həkim bildirib ki, vəziyyəti yaxşıdır və bayramı evdə keçirə bilər. Müalicəsi həkim nəzarəti altında evdə davam etdiriləcək".

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlə əlaqədar müalicə alırdı.

Bizə qoşulun