Medianews.az
"Neftçi"nin legioneri komandaya geri döndü -
77 baxış

"Neftçi"nin legioneri komandaya geri döndü - FOTO

"Neftçi" klubunun Əbu-Dabi təlim-məşq toplanışı davam edir.

Bu barədə Oxu.Az-a klubdan məlumat verilib.

Bildirilib ki, hazırlıq prosesinə Afrika Millətlər Kubokunda çıxışını başa vuran Benin milli komandasının düşərgəsindən qayıdan Sessi Dalmeyda da qatılıb.

Qeyd edək ki, "Neftçi" toplanış çərçivəsində sonuncu yoxlama oyununu yanvarın 16-da Çinin "Çenqdu Ronqçenq" klubuna qarşı keçirəcək. "321 Sports Club" stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Bizə qoşulun