Medianews.az
“Napoli”-“Qarabağ” qarşılaşması 2:0 hesabı ilə başa çatıb
694 baxış

“Napoli”-“Qarabağ” qarşılaşması 2:0 hesabı ilə başa çatıb VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında V tur oyunu keçirilib.

Medianews.az bildirir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.

Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib.

Komandalar meydana bu heyətlərlə çıxıblar:

“Napoli”: Vanya Milinkoviç-Saviç, Alessandro Buuncorna, David Neres, Skott MakTominey, Amir Rahmani, Matias Oliveyra, Rasmus Heylund, Covanni Di Lorenso, Sam Bukema, Stanislav Lobotka, Noa Lanq.

Baş məşqçi: Antonio Konte.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Emmanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Kevin Medina, Elvin Cəfərquliyev.

Baş məşqçi: Qurban Qurbanov.

Oyunun ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

İkinci hissədə "Qarabağ"ın qapıçısı Mateuş Koxalski “Napoli”nin hücumçusu Rasmus Höylundun 56-cı dəqiqədə yerinə yetirdiyi on bir metrlik cərimə zərbəsini dəf etsə də, bir qədər sonra, 65-ci dəqiqədə ev sahibləri hesabı aça biliblər - 1:0

72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub, beləliklə, "Napoli" 2:0 hesabı ilə irəli çıxıb. Oyun bu hesabla da başa çatıb. 

Medianews.az 

Bizə qoşulun