Medianews.az
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq
57 baxış

Nadir "Ferrari" hərracda satışa çıxarılacaq

"Gooding & Christie's" hərracında nadir "Ferrari 288 GTO" kupesinin satışından 6-7 milyon avro gəlir əldə ediləcəyi gözlənilir.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu modeldən cəmi 272 ədəd istehsal olunub və satışa çıxarılan avtomobil yaxşı qorunmuş vəziyyəti ilə seçilir.

Avtomobil 1984-cü ildə yığıldığı vaxtdan bəri cəmi 1 500 kilometrdən bir qədər artıq yol qət edib.

"288 GTO"nun konstruksiyasında borulu şassi alüminium, kevlar və şüşə lifindən hazırlanmış kuzovla birləşdirilib. Avtomobili hərəkətə gətirən isə 2.8 litrlik, 400 at gücündə V8 mühərrik və beşpilləli mexaniki ötürmələr qutusudur.

Avtomobilin qorunma səviyyəsini, məsələn, alt hissədə hələ də orijinal mum örtüyünün qalması və üzərində zavoddan çıxan təkərlərin saxlanılması təsdiqləyir.

Bizə qoşulun