Türkiyənin ATV kanalında yayımlanan və aparıcılığını Oktay Kaynarcanın etdiyi “Kim Milyoner Olmaq İstər” verilişinin 11 yanvar tarixli buraxılışında maraqlı an yaşanıb.
Medianews.az xəbər verir ki, yarışmada iştirakçılardan biri üçüncü sualda verdiyi gözlənilməz cavaba görə müsabiqədən kənarlaşdırılıb.
İştirakçıya “Asan və rahat istifadə olunan şeylər üçün hansı ifadə istifadə olunur?” sualı ünvanlanıb. Sualı yenidən oxumasına baxmayaraq, düzgün cavab olan “idman” əvəzinə “fəlsəfə” variantını seçən yarışmacı üçüncü sualda yarışla vidalaşıb.
Verdiyi cavabdan sonra çaşqınlığını gizlətməyən iştirakçı “Hazırda şokdayam” deyib. Aparıcı Oktay Kaynarca isə bu sözlərə qısa və diqqətçəkən şəkildə “Mən də” cavabını verib.
İştirakçının erkən mərhələdə yarışmadan çıxması və aparıcının reaksiyası verilişin həmin buraxılışında ən çox müzakirə olunan məqamlardan biri olub.
Medianews.az