Medianews.az
Məşhur aktrisadan etiraf:
148 baxış

Məşhur aktrisadan etiraf: O səhnə çəkilərkən qabırğam qırıldı

"Game of Thrones" ulduzu Emiliya Klark yeni dizisi "Ponies"in çəkilişləri zamanı ciddi zədə aldığını açıqlayıb. Aktrisa yataq səhnəsinin çəkilişi zamanı qabırğasının qırıldığını və çəkiliş prosesinin gözlədiyindən çox daha yorucu keçdiyini bildirib.

Aktrisa bildirib ki, çəkilişlər zamanı saatlarla davam edən yaxınlıq səhnələrində fiziki olaraq çox çətinlik çəkib. "Bir neçə saat ərzində üç fərqli kişi ilə yaxınlıq səhnəsi çəkməli olduq. Eyni hərəkətləri təkrar-təkrar etdiyimiz vaxt qabırğam qırıldı", - deyə aktrisa yaşadığı çətinliyi izah edib.

39 yaşlı britaniyalı aktrisa artıq əjdahalar və sehrli dünyalar kimi fantastik janrlardan uzaqlaşmaq istədiyini deyib. O, artıq karyerasında daha real və fərqli hekayələrdə rol almağa üstünlük verir.

Emiliya Klark "Ponies" serialında Soyuq müharibə dövründə yaşayan "Bea" adlı qadını canlandırır. Həyat yoldaşını itirdikdən sonra cavabsız qalan sualların arxasınca gedən Bea, yüksək rütbəli KQB agentlərini özünə cəlb edərək məxfi məlumatlar toplamağa çalışır.

Dörd dəfə "Emmi" mükafatına namizəd olan Klark "Ponies" serialının onun üçün bir dönüş nöqtəsi olacağını vurğulayıb. O, tamaşaçıların onu bu layihədə indiyə qədərki rollarından çox fərqli bir obrazda görəcəklərini qeyd edib./Milli.az/

Bizə qoşulun