Medianews.az
Moskvada biznes mərkəzində
71 baxış

Moskvada biznes mərkəzində yanğın – VİDEO

Rusiyanın paytaxtı Moskvada “Varşavskaya Plaza” biznes mərkəzində yanğın baş verib.

Medianews.az xəbər verir ki, yanğın videoya çəkilib və Shot telegram kanalı tərəfindən yayımlanıb.

İlkin məlumatlara görə, yanğın 418 nömrəli otaqda baş verib. Səbəb qısaqapanma olduğu ehtimal olunur. Görüntülərdə binadan alovların çıxdığı görünür.

Hazırda biznes mərkəzindən bütün insanlar təxliyə edilib. Hələlik qurbanlar və ya yanğının miqyası barədə heç bir məlumat yoxdur.

Medianews.az

Bizə qoşulun