Medianews.az
Mirasa görə valideynlərinin
77 baxış

Mirasa görə valideynlərinin qətlini sifariş etdi

ABŞ-də Darren Munoz adlı 19 yaşlı gənc mirasa görə valideynlərinin qətlini sifariş edib. 

Medianews.az People-la istinadən xəbər verir ki, Darren, bu işi dostuna tapşırıb.

15 dekabrda polislə ailənin evinə oğurluq çağırışı ilə gəliblər. Orada Danner özünün, atası Oskarın və ögey anası Dinanın yaxşı olduğunu bildirib. Polislər nəyinsə səhv olduğunu şübhələniblər və gənc oğlandan onları valideynlərinə aparmasını istəyiblər.

Əvvəlcə Danner, guya valideynlərini utandırmaq istəməyib və otağa girməkdən imtina edib. Lakin bu dəfə polislər oğlandan bunu etməyi əmr edib. Darren məcbur otağa girib. Çıxanda əlləri qanlı olub. Yataq otağında polis güllə yaraları alan bir kişi və bir qadın aşkar edib.

İstintaq nəticəsində məlum olub ki, Darren çoxdan Oskar və Dinanı öldürməyi planlaşdırıb: o, onların pullarını və atasının mağazasını miras almaq istəyib. Dostları ona kömək etmək üçün könüllü olublar. Gənc oğlan dostu, 18 yaşlı Julio Zamoradan soyğunçuluğu təşkil etməyi xahiş edib.

Onların planına görə, Julio qarajdan Munozun evinə girib Dina və Oskar yatarkən onları öldürməli idi. Bunun müqabilində Darren ona mirasdan pul ödəməyə söz verib. Gəncin sevgilisi də bu sui-qəsddən xəbərdar idi.

Julio və Darren həbs olunub və məhkəmə prosesini gözləyirlər.

Medianews.az

 

Bizə qoşulun