Medianews.az
Mingəçevirdə yol qəzasında 6 nəfər yaralandı -
136 baxış

Mingəçevirdə yol qəzasında 6 nəfər yaralandı - Adlar

Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, qəza nəticəsində Cəfərova Zəhra Cəlil qızı (1967), Fəeəcov Nurlan Çingiz oğlu (1992), Qocayev Razi Tahir oğlu (1985), Cəfərov Ruhan İkram oğlu (1988), Mustafayeva Təranə Vəkil qızı (1966) və Cəfərova Rəvanə Həmid qızı (1989) müxtəlif bədən xəsarətləri alıb.

Bildirilib ki, yaralılardan 5-nə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Rəvanə Cəfərovanın vəziyyəti daha ciddi olduğu üçün o, xəstəxananın müvafiq şöbəsinə yerləşdirilib.

***

Mingəçevirdə baş verən yol qəzasında 6 nəfər yaralanıb.

Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, biri “Opel” markalı olmaqla iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun