Medianews.az
Milli qvardiya şəhəri mühasirəyə aldı, hava limanı ABŞ ordusunun nəzarətinə keçdi -
213 baxış

Milli qvardiya şəhəri mühasirəyə aldı, hava limanı ABŞ ordusunun nəzarətinə keçdi - VİDEO

Karakasda vəziyyət sürətlə nəzarətdən çıxır, paytaxtın əsas küçələrinə milli qvardiya qüvvələri yeridilib, genişmiqyaslı təhlükəsizlik əməliyyatları başlanıb.

Musavat.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, milli qvardiya potensial kollaborant kimi qiymətləndirilən şəxslərin ünvanlarında axtarışlar aparır, eyni zamanda mümkün kütləvi etirazların qarşısını almağa çalışır.

Məlumatlarda iddia olunur ki, Karakas hava limanı artıq ABŞ hərbçilərinin nəzarəti altındadır və ağır hərbi texnika daşıyan nəqliyyat təyyarələrinin qəbulu üçün tam hazır vəziyyətə gətirilib. Bu iddia paytaxtda fövqəladə hərbi-siyasi ssenarinin işə düşdüyü ehtimallarını gücləndirir.

Rəsmi Karakas və Vaşinqton hələlik yayılan məlumatlara münasibət bildirməyib. Yerli mənbələr isə bildirir ki, şəhərdə təhlükəsizlik tədbirləri daha da sərtləşdirilə, hərəkət azadlığı məhdudlaşdırıla bilər və yaxın saatlar vəziyyətin taleyini müəyyən edəcək.

Bizə qoşulun