Medianews.az
Messi "Kral" ola bilmədi
51 baxış

Messi "Kral" ola bilmədi

"Flamenqo"nun və Uruqvay millisinin yarımmüdafiəçisi Corcian de Arraskaeta Uruqvayın "El Pais" qəzetinin "Amerika kralı" mükafatını alıb.

Medianews.az axar.az-a istinadən bildirir ki, mükafat Amerika liqalarında ilin ən yaxşı futbolçusuna verilir. Səsvermədə 16 ölkədən 264 jurnalist iştirak edib.

De Arraskaeta səslərin 62,8%-ni toplayaraq sorğuda birinci yeri tutub. O, "İnter Mayami"nin hücumçusu Lionel Messini (14,8%) və "Racing Avellaneda"nın hücumçusu Adrian Martinezi (5%) geridə qoyub.

De Arraskaeta bu mövsüm "Flamenqo" ilə dörd titul qazanıb: Braziliya Çempionatı, Libertadores Kuboku, Braziliya Super Kuboku və Rio-de-Janeyro Dövlət Çempionatı. Uruqvaylı yarımmüdafiəçi komandanın ən çox qol vuran oyunçusu olub.

Qeyd etmək lazımdır ki, Messi bu mükafatı heç vaxt qazanmayıb.

Bizə qoşulun