Medianews.az
Məşhur uşaq qidalarında təhlükə
159 baxış

Məşhur uşaq qidalarında təhlükə AŞKARLANDI - Geri çağırılır

"Nestle" şirkəti Avropada körpə qidaları ilə bağlı genişmiqyaslı geri çağırma prosesinə başlayıb.

Milli.Az xəbər verir ki, SMA, BEBA və NAN markaları altında satışa çıxarılan bəzi körpə qidalarının müəyyən partiyaları ürəkbulanma, qusma və qarın ağrılarına səbəb ola biləcək toksinin mövcudluğu ehtimalı səbəbilə bazardan yığışdırılır.

Bildirilib ki, dekabr ayından etibarən davam edən bu proses şirkətin yeni baş icraçı direktoru Filipp Navratil üçün ciddi sınağa çevrilib. "Nestle" isə geri çağırılan məhsullarla bağlı indiyədək hər hansı xəstəlik halının qeydə alınmadığını açıqlayıb.

Şirkət Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Böyük Britaniyada satışda olan bəzi məhsul partiyalarında "Bacillus cereus" bakteriyasının müəyyən ştammları tərəfindən istehsal edilən serulid toksininin mümkün izlərinə dair xəbərdarlıq yayıb.

Avstriya Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırma 10-dan çox zavodda istehsal olunmuş 800-dən artıq məhsulu əhatə edir və bu hadisə "Nestle" tarixində ən iri geri çağırma əməliyyatı kimi qiymətləndirilir.

Bizə qoşulun