Türkiyəli məşhur aktrisa Aslı Bekiroğlu qatıldığı bir proqramda səhhətindəki problemlərlə bağlı açıqlamalar verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Aslı Bekiroğlu ginekoloji əməliyyat zamanı ciddi fəsadla üzləşib.
"Uşaqlığımdan miomanın çıxarılması üçün getmişdim. Lakin səhvən bağırsağımı kəsiblər, təxminən 7 santimetrə qədər.
Bağırsağımı kəsdikləri üçün yenidən əməliyyat olundum", - deyə aktrisa baş verənləri açıqlayıb.
O, daha iki əməliyyat keçirəcəyini deyib:
"Təxminən 6-7 ay gözlədik, ən son oktyabr ayında bir daha əməliyyat keçirdim. Daha iki əməliyyat olacaq - biri yanvar ayında, digər də mart-aprel aylarında, inşallah".
"Bu, böyük bir həkim səhvi deyilmi?" sualına o, belə cavab verib:
"Əlbəttə. Hamı soruşur ki, kilo almısan, hamiləsən? Çəki artırmışammı? Bəli, çünki çoxlu dərman qəbul edirəm" - deyə aktrisa əlavə edib.