Medianews.az
Məşhur jurnalist ailəsi ilə birlikdə HƏDƏLƏNİR: “Uşaqlarına təcavüz edəcəyik” –
64 baxış

Məşhur jurnalist ailəsi ilə birlikdə HƏDƏLƏNİR: “Uşaqlarına təcavüz edəcəyik” – ŞOK MÜRACİƏT - FOTO

Türkiyəli jurnalist Murat Ağırel özünün və ailəsinin təhdid edildiyini bildirərək polis orqanlarına və Baş Prokurorluğa müraciət edib.

Musavat.com-un xəbərinə görə, Ağırel bildirib ki, bu müraciəti jurnalist kimi deyil, ata kimi edir və ailəsinin təhlükəsizliyi üçün yardım istəyir.

Qızına yönəlmiş təhdidin görüntüsünü paylaşan jurnalist qeyd edib:

“İstanbul Baş Prokurorluğuna və İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinə səslənirəm: Bir jurnalist olaraq deyil, bir ata olaraq sizdən kömək istəyirəm. Bu və oxşar hesablarla bağlı şikayət vermişəm. Müəyyən edə bildiyim şəxs və hesab məlumatlarını rəsmi müraciətlərlə prokurorluğa təqdim etmişəm.

İki ildir mənə gücü çatmayan, buna baxmayaraq, övladlarıma təcavüz edəcəyi ilə hədələyəcək qədər alçalan, özlərini “Qalatasaray azarkeşi” kimi təqdim edən və anonim hesabların arxasında gizlənən bu şərəfsizlərin tapılmasını tələb edirəm. Bu şəxslərin “WhatsApp” qrupları, “Telegram” kanalları mövcuddur və oradan təşkilatlanmış şəkildə yönləndirilirlər. Bu təhdidlər görməzlikdən gəlinə bilməz. Bu, açıq və ağır bir cinayətdir.

Oxumadan, dinləmədən, bilmədən və sırf izlənmə uğruna yayımlarında məni hədəf göstərən qorxaq yayımçılara da səslənirəm: Mən bu şərəfsizi mütləq tapacağam. Ancaq sizin yalnız izlənmə qazanmaq və reklam verənlərə yaramaq naminə jurnalistləri hədəfə çevirməyiniz səbəbilə bu vəziyyəti dəfələrlə yaşamışam. Haqqımı sizə halal etmirəm. Artıq özünüzə gəlin, həddinizi bilin. Sizi son dəfə xəbərdar edirəm. Çıxıb “qınayırıq” kimi qeyri-səmimi açıqlamalar verməyin.

Yaşananlar birbaşa olaraq sizin məni yalan və yanlış məlumatlarla hədəf göstərməyinizin nəticəsidir. Mərc baronlarının uşaqlarını qırmızı xalça ilə mərasimlərə çıxararkən göstərdiyiniz “həssaslıq” mövzunun rənginə görəmi dəyişir? Qızım və oğlum sizin mənasız futbol mübahisələrinizin, eqolarınızın və içinizdəki çirkabın cavabını verməməlidir. Gücünüz çatırsa, mənə çatsın. Övladlarımdan uzaq durun”.

Bizə qoşulun